Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib.
Azpost.info xəbər verir ki, bu barədə Kerobyan özü məlumat verib.
O bildirib ki, üç ildən çoxdur ki, həftədə ən azı altı gün səhər saat 8-dən axşam 9-a kimi işləyirdi və bütün müddət ərzində 15-16 gün məzuniyyətdə olurdu.
“Mən işimdə hər gün Ermənistanı güclü etmək məqsədi ilə yaşadım, qətiyyətli, dürüst və Vətənə sadiq idim”, – Kerobyan əlavə edib.
Kerobyan getməsinin səbəbləri barədə heç nə deməyib. Ehtimal olunur ki, bu, nazirlikdəki son korrupsiya qalmaqalı ilə bağlı ola bilər.
Azpost.info