Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb. APA-nın məlumatına görə, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib.   Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb. Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.

AzPost.az