Gürcüstanda fövqəladə vəziyyətin müddəti mayın 22-dək uzadılacaq. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib. Onun sözlərinə görə, növbəti 3-4 həftə ərzində ölkədə koronavirusun yayılmasının pik dövrünün olacağı gözlənilir. Qeyd edək ki, bundan öncə qonşu ölkədə fövqəladə vəziyyətin mayın 10-dək uzadılmasına qərar verilmişdi.