Gürcüstanda koronavirusa yoluxan Marneuli rayonundan olan 62 yaşlı azərbaycanlı qadın tam sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib. Onun sözlərinə görə, pasiyentin ümumi vəziyyəti yaxşıdır: “O, xəstəxanaya daxil olarkən çox ağır vəziyyətdə idi. Qadın artıq tam sağalıb və bir neçə saatdan sonra evə buraxılacaq”.