2019-cu ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 057,84 milyon ABŞ dolları təşkil edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir. Hesabat ilində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,2% olub. 2019-cu ildə Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.