” Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib, düşmən itkilərini gizlədir”

- Müdafiə Nazirliyi
13 İyul 2020 - 13:20

Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, düşmən itkilərini gzilədir: “Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə olaraq hər zamankı kimi düşmən itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”.

V.Dərfahlı mətbuatı və əhalini qeyri-rəsmi məlumatlardan çəkinməyə, əsasən nazirliyin yaydığı rəsmi xəbərləri inanmağa çalışıb.