İran parlamentinin internet saytı kiberhücuma məruz qalıb.
Azpost.info xəbər verir ki, bu barədə İranın “Tasnim” dövlət agentliyi məlumat yayıb.
“İran parlamentinin və “Khane-ye Mellat” xəbər agentliyinin internet saytı sındırılıb və bu səhərdən kiberhücumlar səbəbindən əlçatan deyil”, – məlumatda deyilir.
Hazırda kiberhücumun nəticələrinin miqyası texniki ekspertlər tərəfindən araşdırılır.
Azpost.info