Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutuduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, R.Quliyev BDYPİ-nin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirin digər əmri ilə Kamran Əliyev BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə  gətirilib. K.Əliyev APA-ya faktı təsdiqləyib. Xatırladaq ki, K.Əliyev 2018-ci ilin aprel ayınadək bu vəzifədə çalışıb. Qeyd edək ki, məlum təyinatla bağlı ilk xəbəri "avtosfer.az" saytı yayıb.