Koronavirusun yoluxma faizi ölkələr üzrə necədir? - ADLAR
İtaliya koronavirusdan ölüm hallarına faiz nisbətinə görə dünyada birinci yerdədir, hər 20 yoluxmuş insandan biri dünyasını dəyişir.
Bu göstərici RİA Novosti-nin hazırladığı statistik xülasədə əks olunub.
Məlumata görə, bazar günü İtaliyada ölənlərin sayı kəskin şəkildə artaraq 366 nəfər olub. Bu da virusa yoluxmuş 7.3 min nəfərin 4.96%-ni təşkil edir. Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.
ABŞ-da isə bu günə qədər yalnız 472 yoluxma təsdiqlənib. Onlardan 19 nəfər ölüb (4.03%).
Koronavirusu zəif yayıldığı ölkələr arasında ən aşağı ölüm nisbəti Cənubi Koreyada müşahidə olunub. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...