Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn “Vladimir Putinlə İlin yekunları” proqramı çərçivəsində vətəndaşların telefon zənglərini qəbul edəcək süni intellekt operatorunun səsini və imkanlarını şəxsən yoxlayıb. Yeni rəqəmsal sistem ənənəvi avtomatik cavablandırıcını əvəz edib.
Azpost.info xəbər verir ki, bu barədə “Sberbank”ın süni intellekt üzrə eksperti Alyona Sinelobova məlumat verib.
Onun sözlərinə görə, virtual köməkçi zəng edən şəxslə 30 dəqiqəyədək söhbət edə, dəqiqləşdirici suallar verə və müraciətin bütün təfərrüatlarını diqqətlə qeydə ala bilir.
Bundan əlavə, xüsusi rəqəmsal köməkçi vətəndaşa problemini daha dəqiq ifadə etmək üçün məsləhətlər verir.
Böyük mətbuat konfransı ilə birləşdirilən “Birbaşa xətt” proqramı dekabrın 10-da Moskva vaxtı ilə saat 12:00-da canlı yayımlanacaq.
Kreml yayımın daha erkən tarixə keçirilməsini prezidentin sıx iş qrafiki ilə izah edib.
Vətəndaşlardan sualların qəbulu noyabrın 27-də Moskva vaxtı ilə saat 00:00-da başlayacaq.
Sunay