Həkim-tədqiqatçı Havis Tomas “Daily Mirror” nəşrinə müsahibəsində qrip və kəskin respirator virus infeksiyalarının (KRVİ) ailənin bütün üzvlərinə yayılmasına səbəb olan beş səhvi açıqlayıb.
Azpost.info xəbər verir ki, həkimin sözlərinə görə, insanların yol verdiyi əsas səhvlərdən biri soyuqdan qorxaraq otaqları havalandırmamaqdır.
Tomas bildirib ki, otaq havalandırılmadıqda, xüsusilə də orada xəstə insan olduqda, havada viruslar toplanır. Buna görə də evin havasını mütəmadi dəyişmək vacibdir.
Həkim xəstə şəxslə uzun müddət yaxın təmasda olmağı azaltmağı, burun dəsmalından istifadə etdikdən və ya asqırdıqdan sonra əlləri yumağı da tövsiyə edib.
Onun sözlərinə görə, səthlərin həddindən artıq dezinfeksiya edilməsi çox da faydalı deyil. Çünki viruslar əsasən hava-damcı yolu ilə yayılır.
Tomas həmçinin xəstənin vəziyyəti yaxşılaşan kimi ehtiyat tədbirlərini dayandırmamağa çağırıb. Belə ki, insan özünü yaxşı hiss etsə də, müəyyən müddət ərzində başqalarını yoluxdurmaq qabiliyyətini saxlaya bilər.
N.Talıblı