Kosmosdan Bakıda Yeni il atəşfəşanlığı belə görünüb –Astronavt paylaşım etdi /VİDEO

NASA astronavtı Kris Uilyams kosmosdan Yeni il münasibətilə Azərbaycanın paytaxtı Bakının səmasını işıqlandıran atəşfəşanlığı qeydə alıb.

AzPost bildirir ki, bu barədə ABŞ səfirliyi paylaşım edib.

Məluamtda qeyd olunur ki, Beynəlxalq Kosmik Stansiya 2026-cı ilə doğru orbitdə hərəkət edərkən NASA astronavtı Kris Uilyams Yer üzərində xüsusi bir mənzərəyə – Yeni il münasibətilə Azərbaycanın paytaxtı Bakının səmasını işıqlandıran atəşfəşanlığa şahid olub.

Nikon Z9 kamerası ilə kosmosdan çəkilmiş bu möhtəşəm an Bakının Yer kürəsindən uzaqlardan belə necə parladığını nümayiş etdirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.