Məşhur Çaki dəhşət filminin rejissoru intihar edib –FOTO

Uşaq oyunu” qorxulu filminin ssenaristi və “Uşaq oyunları 2” filminin rejissoru Con Lafiya intihar edib.

Bu barədə “Variety” məlumat yayıb. Lafiya 64 yaşında olub.

Filmlərin baş qəhrəmanı Çaki obrazını və orada işlədilən məşhur “Salam, mən Çakiyəm! Oynayaq?” frazasını məhz Con Lafiya düşünüb.

“Uşaq oyunları” filmi ilə yanaşı, Lafiya “Mavi iquana”, “İnsanın ən yaxşı dostu”, “Siçovul” və digər filmlərin və serialların rejissoru olub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə mövqelərimizi iriçaplı pulemyotlar və snayperlərlə atəşə tutub

Sonrakı məqalə

ABŞ Konqresi koronavirus testindən keçmək təklifini rədd edib