Mikayıl Cabbarov:"Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib"

2019-cu ildə Azərbaycanda sosial müdafiənin gücləndirilməsi istiqamətində böyük addımlar atılıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişaf yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu istiqamətdə görülmüş işlər nəticəsində əhalinin gəlirlərinin nominal artımı 7,4 faiz təşkil edib və 2,8 faizə bərabər olan orta illik inflyasiyanı üstələyib.

Bundan başqa, orta aylıq əmək haqqının artım tempi 16,4 faiz təşkil edərək əhalinin gəlirlərinin artım tempini üstələyib. Bu, həm əmək haqlarının artırılması, həm dəəmək bazarında işəgötürənlərlə işçilər arasında münasibətlərin leqallaşması ilə əlaqədardır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir