Nərgiz Rəfiyeva “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Bu barədə APA-ya o özü məlumat verib. Nərgiz Rəfiyeva vaxtilə "Yeni Həyat" şirkətlər qrupunun PR və marketinq şöbəsinin direktoru, Park Cinemanın PR-meneceri vəzifələrində çalışıb.