9 fevralda ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var. Belə ki, hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, fəhlə, xadimə, montyor, baytar, gözətçi, çilingər və s. kimi peşə sahibləri də iştirak edirlər. Modern.az sosial şəbəkələrdə maraqla qarşılanan həmin deputatlığa iddialı şəxslərin bəzilərini oxuculara təqdim edir: 103 saylı Gədəbəy seçki dairəsi Hüseynov Fəqani Faiq oğlu - Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agenliyinin DOST iş mərkəzində fəhlə 103 saylı Gədəbəy seçki dairəsi Nağıyev Rafiq Yusif oğlu-Gədəbəy rayon Baytarlıq İdarəsi aparıcı baytar həkimi 96 saylı Goranboy-Naftalan seçki dairəsi İbrahimov İlkin Akif oğlu - Goranboy rayon Subartezian Quyuları İstismarı İdarəsində fəhlə 84 saylı Fizuli seçki dairəsi Hacıyev Bayram Nazim oğlu - Bakı şəhəri Azərbaycan Dillər Universitetinin 1 nömrəli yataqxanasında komendant 83 saylı Ağcabədi-Fizuli seçki dairəsi Hüseynov Nizami Voroşil oğlu - Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsində elektrik montyoru 83 saylı Ağcabədi-Fizuli seçki dairəsi Namazov İsmayıl Sabir oğlu - Fizuli rayonu 24 nömrəli tam orta məktəbdə gözətçi (namizədliyi qeydə alınıb) 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi Orucova Səfa İslam qızı - Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə xadimə 24 saylı Nizami birinci seçki dairəsi İsmayılov Tural Muradağa oğlu -  Socar Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsində avtomobillərin təmiri üzrə çilingər.