İstanbulda “Amerika hospitalı”nda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin yanvarın 13-də qızdırması yüksəlib. Bunu fəalın xanımı Füruzə Gülalıyeva bildirib.  “Uzun müddətdir Oqtayın qızdırması olmurdu. Yanvarın 10-da əməliyyatdan sonra hər hansı fəsad olmamışdı. Ancaq bu gün səhər vəziyyət dəyişdi”, -  F.Gülalıyeva qeyd edib. Həkimlər bunu Oqtayın əməliyyat olunması ilə əlaqələndirirlər. Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub.  Bir neçə saatdan sonra o, komaya düşüb. Oktyabrın 30-da Bakıda ““Citу Hospital”-da əməliyyat olunub. Noyabrın əvvəlində O.Gülalıyev Heydər Əliyev Fondunun dəstəyilə müalicə üçün Türkiyəyə göndərilib.