Ötən il zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib. Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Ötən il  verilən mühafizə orderlərindən 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. Bildirilib ki, mühafizə orderi verilənlərin qadın, kişi sayına görə bölgüsü aparılmır. Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.