“Problemli kreditlәr maliyyә sisteminin sabitliyi üçün təhlükə olaraq qalmaqdadır”. Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bank 2020-ci il və ortamüddәtli dövr üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә Bəyanatını şərh edərkən bildirib. Onun sözlərinə görə, bəyanatdan çıxarılan nəticələri aşağıdakı kimi qeyd emək olar: - Tәdiyә balansının müsbət saldosunu xarici ticarәt balansı, daha konkret desək neft təmin edir. - Kapital vә maliyyә hesabının kәsiri əhəmiyyətli azalıb və bunun basilica səbəbi ticarәt kreditlәri vә avans ödәnişlәrinin azalmasıdır. - Mərkəzi Bank ilk dəfə olaraq ölkәnin beynәlxalq investisiya mövqeyi ilə bağlı məlumatı açıqlayıb və mlum olub ki, aktivlәr (111 mlrd. dollar) öhdәliklәri (54 mlrd. dollar) 2 dәfәdәn çox üstәlәyir. - İqtisadi artımın əsas lokomotivi istehlakın artımı olub və bunu pul gәlirlәri vә kredit qoyuluşlarının artımı dəstəkləyib. - Manatın məzənnəsinin sabitliyi inflyasiyanın əsas sabitlləşdirici elementi olub”. - Valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın bahalaşması təzyiqi olub. - Problemli kreditlәr maliyyә sisteminin sabitliyi üçün təhlükə olaraq qalmaqdadır - Kredit portfelindә istehlak kreditlәrin payı 50.4%-ә çatıb”.