İctimai fəal Qiyas İbrahimov sərbəst buraxılıb. Bu barədə o özü facebookda məlumat paylaşıb. O bildirib ki, barəsində araşdırmalar davam etdirilir: “Sonradan məhkəməyə çağırılacağımı dedilər". Qeyd edək ki, Q.İbrahim İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq)  maddəsi ilə təqsirli bilinir. Xatırladaq ki, Q. İbrahim ötən gün intihara cəhd edib.