“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”. AzEdu.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib. Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib. “İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”. Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabah məruzələri ilə çıxış ediblər.