“Ramiz Mehdiyevi  tanıya bilməmişəm” –Ali Sovet sədrinin sabiq müavini Telman Orucov

Məlum olduğu kimi, son günlər  ölkə mətbuatında, sosial şəbəkələrdə  Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan akademik Ramiz Mehdiyev barədə  müxtəlif fikirlər,  ittihamlar, rəylər səslənir.

Sovet dövründə Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR Ali Soveti sədrinin  birinci müavini kimi vəzifələrdə çalışmış Telman Orucov  Moderator.az-a açıqlamasında məsələyə neytral mövqedən yanaşdığını ifadə edib: “Bilirsiniz, mən heç vaxt vəzifədən çıxarılan adamların haqlı-haqsız “vurulması”nın, təqib, təzyiq olunmasının tərəfdarı olmamışam. Ona görə də mənim bu mövzuda  fikrim neytraldır…”

“Axı siz Ramiz Mehdiyevlə təxminən eyni dövrlərdə Mərkəzi Komitədə, Nazirlər Sovetində, rayon partiya komitəsinin 1-ci katibi və s. işləmisiniz. Onun xarakterinə, əməllərinə xeyli bələd olmalı və deyilənlərin həqiqət olub-olmadığını bilməlisiniz?..” sualına cavabında isə keçmiş partiya funksioneri  belə deyib: “Biz Ramiz Mehdiyevlə eyni dövrdə, bəzən eyni qurumda  işləsək də, elə yaxın münasibətlərimiz olmayıb.  Çünki sahələrimiz müxtəlif olub.  Bu baxımdan mən onu olduğu kimi tanıya bilməmişəm….

Ümumiyətlə, mən kimlərinsə sifarişi ilə, süni söz söyləməkdən, kiməsə yarınmaqdan uzaq adamam. Və hesab edirəm ki,  günahı olanlar cəzalarını çəkməlidir. Amma günahsızları süni qaydada günah sahibi etmək olmaz…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da daha 1,3 milyon işçi işsizliyə görə müavinət üçün müraciət edib

Sonrakı məqalə

Etibarsız –