Rusiya Poltava vilayətinə ballistik raketlərlə zərbə endirib –41 nəfər ölüb, 180 yaralı var \ZELENSKİ

Rusiya Ukraynaın Poltava vilayətinə ballistik raketlərlə zərbə endirib.

Azpost.info bildirir ki, bu barədə Ukrayna prezidenti Zelenski teleqram kanalında canlı yayımında bəyan edib.

Poltavadakı təhsil müəssisəsinə iki ballistik raketlə zərbə endirilib. Nəticədə 40-dan çox ölü və 180 yaralı var.

Dövlət başçısı Rusiyanın Poltavaya hücumu ilə bağlı ilkin məlumatlar aldığını qeyd edib.

“Hazırda mövcud olan məlumata görə, iki ballistik raket təhsil müəssisəsinin və qonşu xəstəxananın ərazisinə düşüb. Rabitə İnstitutunun binalarından biri qismən dağılıb. İnsanlar dağıntılar altında qalıb. Çoxlu sayda insan xilas edilib. 180-dən çox insan xilas edilib. Təəssüf ki, bir çox insan ölüb. 41 nəfərin öldüyü məlumdur”.

Əvvəlki məqalə

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

Sonrakı məqalə

Çeçenistanda xarici filmlərə qadağa qoyulması təklif olunur