Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə I müavin təyin edilməsi barədə sərəncam imzalayıb.  Sərəncamla bu vəzifəyə Namiq Hümmətov gətirilib. O, indiyə qədər Komitənin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.