Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb. Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb. Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib. Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb. https://youtu.be/jAojVGwG44I