“Şəhidlərə görə təəssüflənir, tərəfləri təmkinli olmağa dəvət edirik”- İran XİN

“Azərbaycan hərbçilərinin şəhid olmasına görə təəssüflənirik və münaqişə tərəflərini təmkinli olmağa dəvət edirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan–Ermənistan dövlət sərhədində baş vermiş döyüşə dair suala cavabında deyib.

S.Musəvi qeyd edib ki, İran bütün münaqişələrin, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir