16 martda G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. Bildirilib ki, digər TKA-nın da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var.