SOCAR Azərbaycan qazını Avropaya daşıyacaq layihəyə 10 milyard dollar xərcləyib - AÇIQLAMA
Bu günə qədər "Cənub Qaz Dəhlizi" QSC layihə gəlirləri, nizamnamə kapitalı və səhm vəsaitlərindən istifadə etməklə CQD layihələrinə təqribən 10 milyard dollar investisiya yatırıb.
Bu barədə Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
İ.Əhmədov qeyd etdiyi kimi, 1 yanvar - 30 iyun 2020-ci il tarixlərində şirkət CQD layihələrindəki payını maliyyələşdirmək üçün təxminən 63,6 milyon dollar xərcləyib.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Xəzər regionundan qazın Gürcüstan və Türkiyə ərazisindən Avropa ölkələrinə nəqlini təmin edən Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritet məsələlərdən biridir.
Bu nəhəng layihə marşrutları və enerji təchizatı mənbələrini diversifikasiya etmək məqsədi daşıyaraq, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəkdir.
CQD layihəsinin dəyəri 40 milyard dollar dəyərində qiymətləndirilir.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...