“Düşünürəm ki, hər bir kəs öz işi ilə vətəninə xidmət etməlidir. Hamı indi siyasətçi olub. Ən böyük siyasət mədəniyyətdir. Müsahibələrimdə qeyd etmişəm ki, mənim statusum bir çox siyasətçidən üstündür. Çünki mədəniyyət xadimiyəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Ay Zaur” proqramında qonaq olarkən deyib. Sənətçi status baxımından bir çox deputatdan üstün olduğunu qeyd edib.
“Məni deputat kimi görmək istəyən insanlara təşəkkür edirəm. Amma öz yerimdən məmnunam. İstəsəm, namizədliyimi verərdim. Mən bir ildə 14 ölkədə konsert vermişəm. Öz hesabımıza bunu etmişik, nazirlik qarışmayıb”, – deyə İbrahimov bildirib.