“Təəssüf ki, koronavirus müharibəsi başlandı” –Prezidentin köməkçisi Hikmət Hacıyev

Prezidentin köməkçisi Hikmət Hacıyev Səhiyyə Nazirliyi ilə TƏBİB arasında səlahiyyət bölügüsü ətrafında olan vəziyyətə aydınlıq gətirib.

Azpost.info-nun məlumatına görə, H.Hacıyev deyib ki, Azərbaycanda koronavirusa qarşı mübarizədə bütün dövlət strukturlarının fəaliyyəti qarşılıqlı əlaqə şəraitində həyata keçirilir.

Hacıyev deyib ki, Azərbaycanda səhiyyə sistemində islahatların aparılması nəzərdə tutulurdu: “Təəssüf ki, koronavirus müharibəsi başlandı. Bu səbəbdən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhsil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur. Məqsəd koronavirusa qarşı mübarizənin effektiv aparılmasıdır”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Oqtay Şirəliyevin sağlamlığında heç bir problem yoxdur, iş başındadır” –

Sonrakı məqalə

“Yenidən yoxlama zamanı adında VÖEN aşkar olunana 190 manat verilməyib” –