İngiltərə Premyer Liqasında XXXI tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə 2 oyun keçirilib. 3-cü pillədə qərarlaşan "Lester" doğma arenasında "Brayton"un müqavimətini qıra bilməyib. Avrokuboklara iddiasını davam etdirən "Tottenhem" isə London derbisində elitada qalmağa çalışan "Vest Hem"ə qalib gəlib. Qeyd edək ki, turun digər oyunları iyunun 24-25-də keçiriləcək. İngiltərə Premyer Liqası XXXI tur 23 iyun "Lester" - "Brayton" - 0:0 "Tottenhem" - "Vest Hem" - 2:0 Suşek, 64 (avtoqol); Keyn, 82