Türkiyə kinosunun ən məşhur simalarından olan, aktrisa Fatma Girik vəfat edib.
Azpost.info-nun məlumatına görə, aktrisa bu gün xəstəxanada dünyasını dəyişib.
Fatma Girik 80 yaşında idi.
Fatma Girik 1942-ci ilin dekabrında anadan olub. 13 yaşında ilk filmə çəkilib. 60-70-ci illərdə oynadığı obrazlar ona böyük şöhrət gətirib.
Onun çəkildiyi filmlər Türkiyənin “Yeşilcam” sinema tarixində mühüm yer tutur.
Verdiyi son müsahibəsində “çox gözəl yaşadım. Arxamca pis danışmasınlar.”-demişdi.