Uçuşların təhlükəsizliyinə təhdid barədə RSK-nın komandanlığına dəfələrlə müraciət edilib- MN

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib.

Əvvəlki məqalə

Erməni silahlı dəstələri Füzuli-Bakı sərnişin təyyarəsinə qarşı radiomaneə tətbiq edib

Sonrakı məqalə

Bu gün MİQ üzrə sonuncu imtahanlar keçiriləcək