Vidadi İsgəndərli Fransada bıçaqlanıb

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb. 

Bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında məlumat yayıb.

Jurnalist aşağıdakıları bildirib: “Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.

V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.