Bakının Xırdalan şəhərində oğul yaşlı atasını döyərək ağır xəsarətlər yetirib. Hadisə Heydər Əliyev prospektindəki ünvanda baş verib. 1948-ci il təvəllüdlü Əliyev Səxavət Feyruz oğlu evdə oğlu ilə mübahisə edib. Oğlu onu mübabisə zəminində döyüb. Yaralı ağır- kəllə beyin travması və müştərək travma diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır. Faktla bağll Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)