Ərdoğan və Putinin telefon danışığı olacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.

Türkiyə dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yeni müharibə bölgə üçün böyük fəsadlar törədə bilər və bu məsələni Putinlə bir daha telefon danışığı zamanı müzakirə edəcək.

Ərdoğan, həmçinin, əlavə edib ki, Vladimir Putinin müsbət cavab verdiyi halda Türkiyə üç liderin (Türkiyə, Rusiya və Ukrayna) görüşünü təşkil edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan İsrail Prezidentinin Türkiyəyə səfərinə münasibət bildirib

Sonrakı məqalə

Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə MM-ə daxil olub