Xəzər dənizində zəlzələ olub

Xəzər
Xəzər

Xəzər dənizində zəlzələ olub

Yanvarın 25-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

AzPost bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 17:22-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Yeraltı təkanların ocağı 66 kilometr dərinlikdə yerləşib.

Əlavə məlumat

Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar olaraq tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni “seysmoqraf” adlı cihazla ölçürlər.

Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir. Baş verən dağıntılara görə zəlzələlər Merkalli cədvəli ilə qiymətləndirilir. Zəlzələlər yer qabığının fəal vulkanizm zonalarında daha çox təkrarlanır. Hər il dünyada 100 minlərlə zəlzələ baş verir ki, onların da 15–20-si daha fəlakətli olur.

Onlar əsasən okeanlarda baş verir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.