Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyə hazırdır.
Azpost.info-nun məlumatına görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu bildirib. Əsas məsələ görüşmək üçün səbəbin olmasıdır”, – deyə o, müsahibədə bildirib.
Peskov həmçinin qeyd edib ki, belə bir əlaqə yalnız razılaşmaların yekunlaşdırılması mərhələsində məhsuldar ola bilər.
O, həmçinin bildirib ki, Moskva Kiyevin silahlı münaqişənin həlli üçün heç bir siyasi iradəsini görmür.
Bir müddət əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevin Rusiya prezidenti ilə Vladimir Zelenski arasında görüşün tərəfdarı olduğunu bildirmişdi.