Avroviziyanın 2021-ci ildə keçiriləcəyi yer açıqlandı

“Avroviziya-2021″ beynəlxalq mahnı müsabiqəsi 2021-ci ildə Rotterdamda keçiriləcək.

Bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.

Şənbə günü təqdim olunan “Europe shine a light” adlı şou 46 ölkəyə translyasiya olunub. Bildirilib ki, növbəti il keçiriləcək müsabiqədə yeni mahnılar tələb ediləcək.

Qeyd edək ki, 65-ci “Avroviziya-2020″ beynəlxalq mahnı müsabiqəsinin mayın 16-da Niderlandın Rotterdam şəhərində keçirilməli olan final mərhələsi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb.

Xatırladaq ki, Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qərbi Azərbaycan (İrəvan) Respublikasını kimlər yaradıb? –

Sonrakı məqalə

Ermənistan gecə iriçaplı pulemyotlarla atəşkəsi 22 dəfə pozub