Bakı-Supsa neft kəmərinin operatorluğunun təhvil veriləcəyi tarix açıqlanıb
bp şirkəti Bakı-Supsa neft kəmərinin operatorluğunu 8 iyulda təhvil verəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.
Onun sözlərinə görə, kəmərin Azərbaycan hissəsi üzrə operatorluq Azərbaycan, Gürcüstan hissəsi isə Gürcüstan hökümətinə təhvil veriləcək.
Bununla yanaşı, iyun ayının əvvəllərində Bakı-Tbilisi-Ceyhan kəməri üzrə operatorluq müvafiq hissələr üzrə SOCAR-a veriləcək.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər. Bakı-Supsa ixrac marşrutu Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. 1999-cu ilin aprelində istismara verilən kəmərin uzunluğu 837 kilometr, illik ötürücülük qabiliyyəti isə 7 milyon tondan çoxdur.
Əlaqəli xəbərlər
-
Maşını qışda qarajda saxlayırsınız? - Bu səhvlər ciddi zərər vura bilər
-
Bakı Beynəlxalq Qadınlar Klubu diplomatik korpusun nümayəndələri ilə ARS Rehabilitation Center-i ziyarət edib
-
Bakıda iki azyaşlı bacı eyni ayda niyə ölüb? - Xalası danışdı: "Kasıblıq..."
-
Ədliyyə naziri Fərid Əhmədov Çinə səfər edib
Növbəti xəbər yüklənir...