“Britaniya Vətən Müharibəsinin yeni hərbi təcrübəsini öyrənmək istəyir” –

Səfir Tahir Tağızadə (MÜSAHİBƏ)
11 Mart 2021 - 22:10

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə “İnterfaks” Agentliyinə müsahibə verib.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

Cənab səfir, bu gün Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətləri necə xarakterizə etmək olar? Cari ilin fevral ayında Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonun Bakıya səfərini necə qiymətləndirirsiniz?

– Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Britaniya parlamentinə xarici siyasət və təhlükəsilzik üzrə təqdim olunan hesabatda məhz bu cür rəyin ehtiva etməsi əsassız deyil. Hesabatda deyilirdi ki, Azərbaycan Böyük Britaniyanın Cənubi Qafqazda yalnız əsas iqtisadi tərfdaşı deyil, həm də ümumiyyətlə ən perspektivli tərəfdaşlardan biridir. Bu, ölkələrimiz arasındakı baş verən prosesləri aydın şəkildə əks etdirir.

Həm də Böyük Britaniyada belə bir tendensiya var ki, ona əsasən, Birləşmiş Krallığın və digər ölkələrin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr halında onlar müəyyən xarakteristikalar verirlər. Beləliklə, Azərbaycanla dialoq çox səciyyəvi ad daşıyır – onu strateji dialoq adlandırırlar.

Bu, Azərbaycan Respublikasının Vətən müharibəsində tarixi qələbəsindən və işğal olunmuş ərazilər azad edildikdən sonra yeni xarakter və miqyas qazanan, artan və intensivləşən siyasi təmasları, təhlükəsilzik sahəsində qarşılıqlı əlaqələri əks etdirir.

Xanım Vendi Mortonun səfəri gəlincə, o çox dolğun olub və iki ölkə arasında mövcud münasibətlərə tam uyğun idi. Dövlət nazirinin Azərbaycana ayrıca səfəri mənə çox mühüm və simvolik fakt kimi gəlir. Daha sonbra Gürcüstan və Ermənistana səfər edib.

Azərbaycan ilk idi və səfər müstəqil olaraq həyata keçirildi. Bu sadəcə ölkələrimiz arasında XİN-lərarası məsləhətləşmələrinin növbəti mərhələsinin keçirilməsi planlaşdırıldığına görə deyil. Həmçinin, səfər proqramı boyu, 48 saat ərzində bir sərbəst saniyə belə olmayıb. Səfərin yekunlarına dair sənəd imzalanıb. Bir qədər işlənib bitirilsəydi, iki sənəd imzalanardı. Zənnimcə, səfər çox yaxşı keçdi.

– İkinci sənəddə nə nəzərdə tutulurdı?

– Ondan başlayaq ki, iki sənəd olub. Birincisi – ətraf mühit və energetika sahəsində, ikincisi – təhsil sahəsində. Bu sənədlərdən birincisi iki hissəyə ayrılmışdı. Ətraf mühit ilə əlaqədar hissəsi imzalandı. Azərbacan tərəfindən nazir Muxtar Babayev imza atıb. Birinci sənədin ikinci, energetika məsələləri ilə bağlı hissəsi də imzalandı, lakin daha sonra – Vendi Mortonun səfərindən sonra. İkinci sənəd – təhsil sahəsində qalmaqdadır, hazırda onun üzərində iş davam etdirilir.

– Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Qarabağ müharibəsinin nəticələrini və Azərbaycan rayonlarının erməni işğalından azad olunmasını Londonda necə qəbul etdilər?

– 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya arasında tarixi üçtərəfli bəyanatın imzalanmasına dünyada necə operativ reaksiya verilməsi səciyyəvi faktdır. Bakı, İrəvan və Moskva arasında əldə olunan sazişə Qərbi Avropanın dövlət başçıları və XİN-lərinin reaksiyası növbəti gün aydın oldu. Kimsə bir sutka keçəndən sonra reaksiya verdi.

İmzalandıqdan bir neçə dəqiqədən sonra Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Twitter hesabında məlumat dərc etdi ki, Böyük Britaniyanın Əlahəzrət Kraliçanın Hökuməti bu bəyanatı alqışlayır və tarixi mühüm hesab edir. Yəni Londonda axşam və Bakıda gecə idi.

Heç kəs üçün sirr deyil ki, Böyük Britaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq dəstəkləyir və bu mövqeyi təsdiq edən konkret addımlar atır. 44 günlük müharibə dövründə Böyük Britaniya parlamentində irəli sürülən 3 qanunvericilik təşəbbüsünü konkret addımlar adlandırıram. Azərbaycan Respublikasının prezidentinə parlamentlərarası dostluq qrupları tərəfindən ünvanlanan dəstək və rəğbət dolu çoxsaylı məktubları mən konkret addımlar adlandırıram. Azərbaycan səfirliyi və parlamentin hər iki palatası arasında mövcud daimi telefon vasitəsilə və videoformatda məsləhətləşmələri konkret addımlar adlandırıram. Biz parlamentlərarası dostluq qrupu ilə məhdudlaşmamağı qərara aldıq və çox sayda parlamentariləri dəvət edirik. Bizim hətta Lordlar Palatasının heç də dostcasına münasibət bəsləməyən üzvləri ilə ayrıca əlaqə formatımız var.

Lakin bizə tanış olan baronessa Karolayn Koks və ya Böyük Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Tim Louton kimi şəxslər var ki, onlar vaxtaşırı istrerikaya qapılıb uydurma həm mədəni, həm də etnik “erməni soyqırımı faktını” sübut etməyə çalışırlar. Və mədəni abidələrin qorunmasının zəruriliyi barədə bəyan edirlər. Hətta onlardan kimsə bildirmişdi ki, hökumət qarşısında Dağlıq Qarabağın tanınmasıl barədə məsələ qaldırmaq lazımdır, lakin onları bütün bu cəhdləri səmərəsiz və nəticəsiz olaraq qalır.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayndələrinə bu cür suallar dəfələrlə verilib. Öncə Lordlar Palatasında bunlar baronessa Saqq, indi isə lord Əhməddir. Və hər dəfə bu sullara çox dəqiq, ölçülüb-biçilmiş, yolxlanılan və beynəlxalq hüquq normalarına uyğun cavab verilir.

Vendi Mortonun Westminster Hall-da debatlar zamanı parlamentin erməniyönümlü üzvlərinə etiraz edərkən kəskin, dəqiq cavablarını heç zaman unutmaram. Hər halda bütün vurğular tam düzgün qoyulub və Böyük Britaniya hökumətinin mövqeyi tam olaraq öz əksini tapıb.

Lordlar Palatasında baronessa Saqq tərəfindən isə bu daha sərt şəkildə səslənib: “Sizə bir daha təsdiq etmək istərdim ki, Əlahəzrət Kraliçanın Hökuməti (yaxşı pauza verilir)… Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır”.

Demək olmaz ki, Ermənistan tərəfindən mövcud inkişaf məqamını sındırmaq cəhdləri həyata keçirilmir. Xüsusilə, Derbi şəhərində cəhd olub. Şəhər şurasının nümayəndələri Dağlıq Qarabağın tanınması ilə bağlı qətnaməni keçiriblər. Biz uzun müddət bu barədə onlarla söhbət etmişik. Bəli, mən anlayıram ki, bu şəhərdə ən iri qəzetin redaktoru məşhur Rassel Pollarddır. O, dəfələrlə Qarabağa səfərlər edib, arzuolunmaz şəxslərin “qara siyahısındadır” və bizə nifrət edir. Bütün bunlar aydındır. Əsas odur ki, əslində insanların heç bir arqumenti yoxdur. Söhbət sərt, faktlara, regionda mövcud reallıqlara gəlincə, onlar deyirlər “Niyə belə narahat olursunuz? Siz axı başa düşürsünüz ki, bizim qətnaməmiz – heç bir hüquqi qüvvəsi olmayan sadəcə kağız parçasıdır”.

– Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrdə hansı tendensiyalar müşahidə olunur. Bakı ilə London arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi nə qədərdir? Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında Britaniya tərəfi iştirak etməyə hazırdır?

– Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard funt sterlinqi ötür. Bu London ilə Cənubi Qafqazın iki qonşu ölkəsi arasında ümumi ticarət dövriyyəsindən çox yüksəkdir. Britaniya tərəfi ilə birbaşa xarici sərmayələr sahəsində qarşılıqlı əlaqələr prosesi fəal inkişaf etməkdə davam edir.

Böyük Britaniya Azərbaycanda ən iri xarici investor olaraq qalmaqdadır. Böyük Britaniya hökuməti tərəfindən birbaşa xarici investisiyaların məbləği 25 milyard dolları ötüb. Öz növbəsində, British Petroleum şirkəti Azərbaycan iqtisadiyyatına təxminən 70 milyar dollar yatırım edib. Bu, daha bir iri və mühüm rəqəmdir.

Bu gün iqtisadi əməkdaşlıq sahələri yaşıl iqtisadiyyat, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, turizm, mədəniyyət və təhsil sahələrini əhatə edir.

Xüsusilə, həm bp şirkəti, həm Böyük Britaniya bütövlükdə bərpa olunan qeyri-ənənəvi enerji mənbələrinə maraq göstərir. Və çox səciyyəvidir ki, Azərbaycanda fəaliyyət göstərən 600 Britaniya şirkətlərinin yarısından çoxu artıq qeyri-enerji sektorunda fəaliyyət göstərir. İstənilən halda, neft məhsulları və qaz ilə heç bir əlaqəsi yoxdur.

Vendi Morton və Azərbaycanın təhsil naziri Emin Əmrullayev arasında baş tutan dialoq mənim çox xoşuma gəldi. Konkret, məzmunlu və başlıcası odur ki, görməyə alışdığımız çərçivələrdən kənara çıxırdı.

Təhsil barədə söz açarkən ən azı iki məqamı nəzərdə tuturuq. British Counsil və Azərbaycan tələbələrini Britaniyanın ali məıktənlərinə yönəldən mübadilə üzrə proqramın rolunu. İndi isə söhbət digər mövzudan gedirdi. İngilis dilinin öyrənilməsi proqramları, ingilis məktəblərinin yaradılması, bu məsələlərə kommersiya və qeyri-kommersiya yanaşma imkanlarından.

Azad olunmuş ərazilərin bərpasına gəlincə, buna maraq sadəcə elan olunmayıb. Britaniya şirkətlərindən konkret təkliflər daxil olub. Bildiyim qədər, Vendi Mortonun səfr məqsədlərindən biri həmçinin bu məsələlərin müzakirəsi olub. Əsasən, Əlahəzrət Kraliçanın Hökuməti ona əsaslanır ki, Britaniya şirkətlərinin maraqlarının mərkəzləşməsi xarici siyasi aparatın əsas vəzifələrindən biridir. Mortonun apardığı söhbətlərin üslubu və qaldırdığı məsələlərdə bu hiss olunurdu.

Digər tərəfdən, təfərrüatlara varmadan, azad olunmuş ərazilər məsələləri üzrə Britaniya şirkətləri ilə konkret müzakirələr və qarşılıqlı əlaqələrə dair müsbət məqamların olmasını qeyd etmək lazımdır.

– Koronavirus pandemiyası iki ölkə arasında əməkdaşlığa mənfi təsir göstəribmi?

– Xeyr. Ticarət dövriyyəsi əvvəl ki templərlə inkişaf etməyə davam edib. Sadəcə bəzi məqamlar yeni formalara çevrilməyə başlayır.

Əlbəttə ki, pandemiya beynəlxalq münasibətlərdə öz rolunu oynayır və qarşılıqlı əlaqə formalarının modifikasından ibarətdir. İnsanlar videokonfranslar, internet kanalları vasitəsilə daha çox ünsiyyətdə olurlar. 10 fevral tarixində baş tutan XİN-lərarası siyasi dialoqun da videokonfrans şəklində keçirilməsi ilə bağlı real təhlükə vardı.

Düşünürəm ki, əsas odur ki, münasibətlər əvvəlki kimi, inkişaf etməkdə davam edir, hədəf tempdən geri qalmır və heç bir nöqsanlar müşahidə olunmur.

– Ölkələrimiz arasında müdafiə, müdafiə-tədris sahələrində əməkdaşlığı necə xarakterizə etmək olar?

– Azərbaycanın müdafiə sənayesi məhsulları ənənəvi olaraq Britaniyada keçirilən iri hərbi avadanlıq sərgilərində geniş təqdim olunur. Dövlətlərimizin müdafiə nazirlikləri mütəmadi sürətdə aralarında məsləhətləşmələr aparır. Azərbaycan zabitləri Britaniyanın ali təhsil müəssisələrində təhsil alırlar, yeri gəlmişkən, bu da vacibdir.

Beləliklə, Bakı ilə London arasında müdafiə sahəsində münasibətlər çox uğurla inkişaf etməyə davam edir. Bizim yenicə olaraq ağır prosesdən, lakin qalibiyyətlə müharibədən çıxdığımızı nəzərə alaraq bu indi daha aktualdır.

Britaniya tərəfinin PUA-lardan istifadə ilə bağlı Azərbaycanın yeni hərbi-texniki təcrübəsinin sıx öyrənməsinə maraqla əlaqədar məlumat var. Bunun Böyük Britaniyada təqdim olunacaq müdafiə məsələləri üzrə inteqrasiya olunmuş hesabatda öz əksini tapmasına dair əsaslar var. Düzdür, həmin hesabatın təqdim edilməsi növbəti dəfə təxirə salınıb, lakin bəzən kütləvi informasiya vasitələrinə sızan yarırəsmi məlumatlara əsasən, Britaniya tərəfinin Azərbaycanın Vətən müharibəsi təcrübəsində həyata keçirdiyi hərbi əməliyyatlar üsullarına marağı var.

– Böyük Britaniya Aİ-dən çıxdı. Brexit nəzərə alınmaqla, Bakı və London yeni ikitərəfli sənədlər, həmçinin ticarət münasibətlərinin tənzimlənməsi üzrə sənədlər imzalamağı planlaşdırırmı?

– Məlum olduğu kimi, Brexit ərəfəsindəki dövrdə Böyük Britaniya ticarət müqavilələrinin qlobal sisteminin imzalanması məsələsi üzərinə işləyirdi. Yəni, onun dünya dövlətləri ilə ticarət-iqtisadi münasibətləri tənzimləyəcək beynəlxalq-hüquq sənədlərinin yeni sistemi üzərində.

Bununla əlaqədar Azərbaycan Böyük Britaninın və özünün fəallığı nöqteyi-nəzərindən hər zaman aparıcı yerlərdə olub və qeyd etmək məqsədəuyğun olardı ki, biz postsovet dövlətləri arasında Britaniya tərəfindən bu cür layihə əldə edən ilk ölkəyik.

Bu layihə işlənib. Britaniya tərəfi Azərbaycan tərəfindən qeyd və təkliflərdən sonra layihədə düzəlişlər edib və hazırda layihə Londondadır. Bu gün Britaniya tərəfi həmin sənədi işləyib qurtarır. Lakin bu proses bir qədər zaman tələb etdiyinə görə, bu ətraflı geniş sənəddən öncə keçid dövrünü “bağlayacaq” hansısa müvəqqəti saziş olacaq.