İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İranın enerji infrastrukturuna hücumlarını pisləyib. O, bəyan edib ki, belə hərəkətlər Yaxın Şərqdə eskalasiyanı daha da artıracaq.
Pezeşkian bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İranın enerji infrastrukturuna hücumu qətiyyətlə pisləyirəm. Bu cür təcavüzkar hərəkətlər ABŞ, İsrail və onların himayədarlarına heç bir nailiyyət gətirməyəcək. Əksinə, onlar vəziyyəti yalnız mürəkkəbləşdirəcək və miqyası bütün dünyanı əhatə edəcək nəzarəti mümkünsüz nəticələrə səbəb ola bilər”, – Pezeşkian vurğulayıb.
Daha əvvəl ABŞ və İsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, həmçinin “Cənub Pars” qaz yatağının obyektlərinə zərbələr endirib.