Tanınmış ispan tenor, opera müğənnisi Plaçido Dominqo koronavirusa yoluxub.  APA-nın "Mirror"a istinadən verdiyi xəbərə görə, bu barədə Plaçido Dominqo "Facebook" hesabında bildirib.
O qeyd edib ki, hazırda vəziyyəti normaldır və ailəsi ilə birlikdə karantindədir.