Ermənistanda yeni növ koronavirusa daha 44 yoluxma faktı qeydə alınıb, 1 nəfər ölüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 1111, xəstəlikdən ölənlərin sayı isə 17 nəfərə çatpıb.

Ermənistanda koronavirusdan 297 nəfər sağalıb.