Ermənistan yenidən Dondar Quşçu kəndini atəşə tutub –

Müdafiə Nazirliyi
14 İyul 2020 - 11:47

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evlərini hədəf alıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Qeyd edək ki, dünəndən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.