“Erməni silahlı dəstəsinin apardığı mühəndis işlərinin qarşısı alınıb” –MÜDAFİƏ NAZİRLİYİ

“Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”, deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya qondarma “respublikaları” tanısa fəlakət olacaq” –

Sonrakı məqalə

Müəllimi təhqir edən Kəlbəcərin məktəb direktoru işdən çıxarılıb