Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili düşmən xarici qüvvələrin Gürcüstanı “xəritədən silmək” planlarını açıqlayıb.
Azpost.info NewsGeorgia” ya istinadən xəbər verir ki, o, Telavidə seçkiqabağı mitinqdə bu bəyanatla çıxış edib.
İvanişvili müxalifəti, medianı və vətəndaş cəmiyyəti təşkilatlarını onlara yardım etməkdə ittiham edib.
“Bu gün hamı açıq şəkildə görür ki, bu radikal qüvvə, onun ətrafında cəmləşmiş siyasi, qeyri-hökumət və ya media qurumları xarici maraqları güdür və Gürcüstanı müharibə əzabına sürükləməyə çalışır. Səhv etməyə haqqımız yoxdur. Əks halda, 2008-ci ilin avqust müharibəsi bunun qarşısında heç nə olacaq. Ölkəmizə düşmən olan qüvvələr yerli agentlərin əli ilə Gürcüstanı xəritədən silmək niyyətindədir. Onlar əsrlər boyu heç bir işğalçının edə bilmədiyi işə hazırlaşırlar”, – İvanişvili bildirib.
O, Gürcüstanın xarici düşmənləri dedikdə kimləri nəzərdə tutduğunu açıqlamayıb. “Gürcü arzusu” keçmiş hakim partiyanı və ümumilikdə bütün müxalifəti “radikal qüvvələr” adlandırır. İvanişvilinin sözlərinə görə, onlar Gürcüstanı yer üzündən “silmək” istəyirlər ki, “nəyin bahasına olursa-olsun hakimiyyətə qayıda bilsinlər”.
Azpost.info