Ötən əsrin 80-ci illərin lap sonlarında dünyanı silkələyən “Lambada” rəqsi sovet Azərbaycanında populyar idi.
Fransanın qaradərili “Kaoma”qrupunun ifa etdiyi bu hit mahnı və rəqsi qapalı sovet çəmiyyətinin vətəndaşları üçün “yenidənqurmanın” gətridiyi ilk qərb dəyərlərinin nümünələrindən idi.
Bəs bütün dünyanda xitə çevrilən bir mahnı necə yaranıb?
Lambada Braziliyanın şimalında yaranmış müsiqi stili və rəqsidir. Bu rəqs 80-ci illərin lap sonlarında 90-cı illərin əvvələrində Avropada populyar olub. Rəqs stilinin əsasını Amazonka hindularının rəqsi olan “Karimbo”nun hərəkətləri təşkil edir. Bu rəqsin yarandığı yer Braziliyanın Port-Seqar şəhəri sayılır.
80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazamağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə “Kaoma” pop-qrupu yaradır. 1989-cu ildə “Lambada” mahnısı onların ifasında lentə alınır. Nəticədə “Lambada” ABŞ-da və Avropada ən hit mahnıya çevrilir.
Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
Mahnı ifaçılarının taleyi müxtəlif olub. Mahnının İfaçısı qaradərili Loalve Briz 2017-ci ilin yanvarında 63 yaşında qətlə yetirilib.
Onu taxta ilə öldürüb, maşına salaraq yandırmışdılar. Briz son illər Braziliyada yaşayırdı. Balaca otel açaraq orada çıxış edirdi. Şəxsi həyatı barədə məlumat yoxdur. Tez-tez TV-lərə çağıraraq “Lambada” barədə danışdırırdılar. Onun qatili isə öz keçmiş işçisi olub. Oğruluq etdiyi üçün işdən qovulan gənc qadını öldürməklə intiqam almışdı.
Klipdə rəqs edən qaradərili balaca oğlan və ağdrəili qız da Braziliyada yaşayırlar. “Çiko” təxəllüslü Vaşinqton Oliveyra klipə çəkilərkən 10 yaşında, Roberta isə 12 yaşında olub. Populyar olduqdan sonra onlar birgə duet oxuyublar. Lakin Roberta bir müddət sonra aldığı təhdidlərə görə səhnəni atıb. O indiyə qədər jurnalistlərlə təmas saxlamır. Haqqında məlumat azdır. O məlumdur ki, ailə qurub və veterinar həkim işləyir.
Onun yeganə fotosu Çiko mediaya göstərib. Roberta dostunun toy mərasimində çəkdirib.
V.Oliveyra indi 40 yaşlarındadır. Braziliyada yaşyır. Kilsədə keşişdir.