“İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı” –

MİLLİ MƏCLİSİN SƏDRİ
13 İyul 2020 - 19:34

“İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını qətiyyətlə aldı və bir daha sübut etdi ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Tovuz istiqamətində sərhəd zonasında törədilən erməni təxribatı ilə bağlı “Facebook” hesabında paylaşımında bildirib.

S. Qafarova qeyd edib ki, Azərbaycan əsgəri öz şücaəti ilə düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir: “Vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr, yaralananlara şəfa diləyirəm”.