“Koronavirus tarixin ən kəskin və dərin tənəzzülünə səbəb olub” –Kristin Lagard

“Koronavirus (COVID-19) pandemiyası müharibə dövrləri istisna olmaqla dünyanın üzləşdiyi ən kəskin və dərin tənəzzülə səbəb olub”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Lagard deyib.

O bildirib ki, qlobal iqtisadiyyatda ən aşağı səviyyələr artıq geridə qalıb: “İqtisadiyyatın özünü bərpası isə pandemiyanın yayılması istiqamətində (Şərqdən Qərbə) müəyyən bir qayda əsasında olacaq”.

Bundan başqa, ECB rəhbəri pandemiya dövründə Avropa iqtisadiyyatını böhrandan qorumaq üçün pul və maliyyə siyasətlərini birlikdə həyata keçirdiklərini vurğulayıb: “Biz bütün pul və maliyyə siyasəti vasitələrindən istifadə edirik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir